AZ

Tramp üçüncü dəfə "TikTok"un satışını təxirə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ağ Ev “TikTok”a ABŞ-dakı aktivlərini satmaq üçün iyunun 19-na təyin edilmiş müddətin 90 gün uzadılacağını açıqlayıb.

Banco.azxəbər verir ki, bu 90 günlük təxirəsalma ABŞ administrasiyasına tarif razılaşmasını tamamlamaq və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün vaxt qazandıracaq.

Prezident Tramp Konqres tərəfindən “TikTok”a tətbiq olunması məcburi edilən və yanvar ayında qüvvəyə minməsi gözlənilən qadağanın icrasını daha əvvəl iki dəfə təxirə salmışdı.

Ağ Evin mətbuat katibi Karolin Livit bu məsələ ilə bağlı bildirib: “Prezident Tramp bu həftə “TikTok”un fəaliyyətini davam etdirməsi üçün əlavə fərman imzalayacaq.”

Qəbul edilən bu qərar ABŞ ilə Çin arasında gərginliyə səbəb olan bu məşhur tətbiq üçün yeni bir çıxış yolu yaratmaqla yanaşı, Trampa amerikalı bir alıcının və Pekinin razılığını tələb edən mürəkkəb bir razılaşmanı təmin etmək üçün əlavə vaxt qazandırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
7
1
banco.az

2Mənbələr