AZ

“İran-İsrail müharibəsi ABŞ razılığı olmadan başlaya bilməz"- Hikmət Babaoğludan AÇIQLAMA


“İran-İsrail müharibəsi ABŞ razılığı olmadan başlaya bilməz".

Milli Məclisin deputatı Hikmət Babaoğlu News365.az-a açıqlamasında bildirib ki, İranın regional müstəvidən qlobal müstəviyyəyə keçməsi üçün müəyyən amillər vacibdir. O qeyd edib ki, İranın arzuları, istəyinə və tələblərinə baxmayaraq, İsrail-İran müharibəsi ABŞ-ın razılığı və dəstəyi olmadan başlaya bilməz. Babaoğlu əlavə edib ki, digər ölkələrin bu prosesə qoşulmaması üçün müəyyən təhdidlər olsa da, bu təhdidlərin gücü məhduddur.

Deputatın sözlərinə görə, İranın təhlükəsizliyinin əsas hədəfi hərbi-siyasi sahədədir. İlk mərhələdə İranda inqilab keçikçilərinin təşkilatı olan Sepah və onun rəhbərləri, o cümlədən digər yüksək rütbəli generallar hədəf alınmışdır. Babaoğlu bildirib ki, İsrailin ilkin planı rejimi dəyişmək olsaydı, ideoloji və siyasi rəhbərlik də hədəf olardı. Lakin İran dövlətinin birliyi və simvolu Sepah deyil, çünki Sepah inqilabı yaradan qüvvələrdən sonra yaradılmışdır. Deputat vurğulayıb ki, inqilabın özü və onun simvolu daha önəmlidir.

Seçilən
17
news365.az

1Mənbələr