AZ

Qapıda gözləyən şəxsi düşməni zənn edərək səhvən ÖLDÜRDÜ

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Halil Daş ilə aralarında düşmənçilik olan Haşim E., onun evinə gedərək qapıda dayanan qardaşı Hüseyn Daş’ı Halil sanaraq başından vurub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.

Ağır yaralanan 24 yaşlı Hüseyn Daş 2 ay sonra xəstəxanada vəfat edib.

Hadisədən əvvəl Halil Daş ilə Haşim E. və onunla olan 4 nəfər arasında küçədə dava düşüb. Daha sonra Haşim E. və yanındakılar Halil Daş’ın küçəsinə gedib və qardaşı Hüseyni səhv salaraq atəş açıblar.

Polis əməliyyatı nəticəsində Haşim E. və digər 4 nəfər saxlanılıb. Onlardan birinin evində Kalaşnikov avtomatı tapılıb. Hadisə ilə bağlı Haşim E., Halit O., Mehmet Fatih A., Osman Y. və Mustafa D. həbs edilib, Samet Y. isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
azxeber.com

1Mənbələr