ABŞ-li döyüşçü Körtis Bleydes iyunun 21-də Bakıda baş tutacaq UFC Döyüş Gecəsində Rusiya təmsilçisi Rizvan Kuniev ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, amerikalı idmançı bu gün keçirilən mətbuat konfransında iştirak edib, jurnalistlərə açıqlamasında hələ ki, Bakı Kristal Zala baş çəkmədiyini bildirib:
"Ancaq Bakını gəzmişəm, Kristal Zalı görməmişəm, Xəzər dənizini görmüşəm. Yemək çox dadlıdır, quzu əti yedim. Şənbə günü keçiriləcək döyüşdə gözləntilərim qələbədir. Bir az atmacalı cavabdır, amma qələbə üçün döyüşəcəm".
O, döyüşün kəmər uğrunda döyüşdə vacib olmadığını söyləyib:
"Bu döyüş önəm daşımır. Rəqib debütantdır, bu, kəmər uğrunda döyüşdə mənə üstünlük verməyəcək. Mən reytinqdə 5 nömrəyəm. Pul verirlərsə, döyüşəcəm. Pul da yaxşıdır, ona görə də oktaqona çıxacam. Bonus da olsa, lap yaxşı. Bu döyüşdən sonra reytinqdə "top-5"likdə qərarlaşan biri ilə qarşılaşmaq istəyirəm".