Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində əsas məqsəd Orta Dəhlizi rəqabətədavamlı marşruta çevirməkdir.
“Report” xəbər verir ki, bunu Bolqarıstan Milli Assambleyasının Prezidenti Nataliya Kiselyova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, Qara dənizdə qovşağın yaradılması nəzərdə tutulur: “Bununla Cənubi Qafqaz vasitəsilə Avropa və Mərkəzi Asiyanı birləşdirəcək enerji resurslarının daşınması həyata keçirilə bilər. Dəniz qovşağının yerləşəcəyi məkan hələ müəyyən edilməyib, amma Avropa İttifaqı buna tam dəstək ifadə edir. Azərbaycanın və Ermənistanın da bu layihədə iştirakı təmin edilməlidir”.
O qeyd edib ki, hazırda QDİƏT çərçivəsində əsas məqsəd Orta Dəhlizi rəqabətədavamlı yüksək səviyyəli yola çevirməkdir: “Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasında bağlantını 15 günlük müddətinə təmin edir. Orta Dəhliz quru yol vasitəsilə ən əsas alternativ marşrutdur. Üstəlik, bu dəhliz Rusiyadan yan keçir. Hazırki geosiyası şərait fonunda bu dəhliz xüsusi önəm qazanır”.