Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya və ABŞ tariflərlə bağlı razılığa gələ bilməyiblər.
Banco.azxəbər verir ki, Kanadada keçirilən G7 Liderlər Zirvəsindən sonra keçirilən mətbuat konfransında çıxış edən Şigeru İşiba ABŞ-ın tətbiq etdiyi tariflərin ölkəyə təsirlərini dəyərləndirib.
İşiba bildirib ki, ABŞ-ın gömrük tarifləri Yaponiya şirkətlərinə, xüsusilə də avtomobil sektoruna ciddi şəkildə təsir göstərir.
Tramp ilə görüşü zamanı Yaponiyanın uzun müddətdir tələb etdiyi "qarşılıqlı fayda gətirəcək razılaşma" üzrə razılıq əldə olunmadığını deyən İşiba ABŞ ilə “mövcud ixtilafların” davam etdiyini qeyd edib.
O, milli maraqlar çərçivəsində danışıqları davam etdirəcəklərini vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi dövründə Yaponiyaya 24 faiz həcmində gömrük rüsumu tətbiq edilmişdi, lakin Çin istisna olmaqla digər ölkələrə 90 günlük güzəşt müddəti verilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!