ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, Kanadanın “CBC News” və Ukraynanın “Suspilne” telekanalları Ukrayna nümayəndə heyətindəki mənbələrə istinadən belə məlumat yayıb. Qərarın iyunun 17-nə keçən gecə Kiyevə, ilkin məlumatlara görə, dinc sakinlərin ölümünə səbəb olan raket zərbəsindən sonra verilib. Bundan əlavə, diplomatik amil də rol oynayıb. İyunun 17-də Zelenski ilə şəxsi görüş planını pozan Amerika lideri Donald Tramp G7 sammiti proqramında iştirak etməmək qərarına gələrək, vaxtından əvvəl Kanadadan ABŞ-yə qayıdıb. “Ukrayna lideri Kananaskis danışıqlarından dərhal sonra Kanadanı tərk edəcək. Daha əvvəl Kalqaridə keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv olunub”, - mənbələr bildiriblər.
Tramp: “Makron heç vaxt düz başa düşmür” | VİDEO
Qeyd edək ki, G7 sammiti Ukraynadakı müharibə ilə bağlı razılaşdırılmış bəyanat olmadan başa çatıb. Yeddi liderdən altısı Rusiyaya qarşı sərt mətni dəstəkləsə də, ABŞ Moskva ilə “mümkün danışıqlara mane olmamaq üçün onu yumşaltmağı” üstün tutub. Sammit çərçivəsində Zelenski Kanadadan yeni hərbi və maliyyə yardımı ilə bağlı təminat alıb, lakin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda görüşü erkən tərk edən Donald Trampla əsas məsələlər ətrafında müzakirələr aparmağa müvəffəq ola bilməyib. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.