AZ

KDÇ-2025-də tornado həyacanı

Klublararası dünya çempionatının 1-ci turunda Cənubi Koreyanın "Ulsan" və Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" komandaları arasında oyun gecikmə ilə baş tutub.

Publika.az xəbər verir ki, "Eksploria" stadionunda (Orlando) keçirilən oyunun startı tornado səbəbilə təxirə salınıb. Azsaylı azarkeşlərdən təhlükəsizlik məqsədilə tribunaları tərk etmələri xahiş olunub. Görüş təxminən bir saatdan çox gecikmə ilə başlayıb.

Qarşılaşma "Mamelodi Sandaunz" klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Ulsan" növbəti oyununu 22 iyunda Braziliyanın "Fluminense" klubuna qarşı keçirəcək. CAR təmsilçisi isə növbəti qarşılaşmada Almaniyanın "Borussiya Dortmund" klubu ilə üz-üzə gələcək.

Seçilən
9
publika.az

1Mənbələr