İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, hökumətlə xalq arasında birlik olarsa, heç bir təhlükə ölkəyə zərər verə bilməz.
Sitat.info xəbər verir ki, Pezeşkian kabinetin iclasında milli birlik mesajı verib.
"Xalq bizimlədirsə, heç bir problem ölkəni təhdid edə bilməz. Ona görə də milli birliyi qorumaq üçün bütün addımlar atılmalıdır"- Pezeşkian deyib.
İran prezidenti müxtəlif ölkələrə, xüsusən də qonşu ölkələrə İsrailin son hücumları zamanı göstərdikləri həmrəylik və yardım təkliflərinə görə təşəkkür edib.
Müşavirənin sonunda Pezeşkian bütün məsul şəxslərə təhlükəsizlik və mühafizə prinsiplərinə maksimum diqqət yetirmək, aidiyyəti qurumların göstərişlərinə uyğun fəaliyyət göstərmək barədə xəbərdarlıq edib.
Xatırladaq ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.
İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək rütbəli komandirlər və 9 nüvə alimi hücumlarda həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib. Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.
Tehran,
Sitat.info