Ermənilərin nəhəng fiqurlarından biridir, milyaderdir. Samvel Karapetyannın adı Forbes və Blombergin zəngin biznesmenlərlə bağlı siyahılarında da xüsusi yer tutur. Samvel Karapetyan ötən günlər Paşinyanla ciddi konfliktdə olan Erməni Apostol Kilsəsini müdafiə edərək hakimiyyətin kilsəyə qarşı apardığı siyasəti tənqid etmişdi. Rusiyanın siyasi və biznes elitasına yaxın olan bu şəxsin belə açıqlaması təsadüfi ola bilməzdi. Görünür ki Paşinyan da məhz bu çıxışından sonra ona məxsus olan Ermənistan Elektrik Şəbəkəsini yenidən milliləşdirəcəyini açıqlamışdı. Bundan sonra isə Ermənistan polisi onun evində axtarış apararaq saxlayıb, hazırda ona cinayət işinin açılacağı gözlənilir.
Xatırladıram ki, Samvel Karapetyan 2021-ci ildə Qarabağdakı döyüş əməliyyatları dövründə silah, sursat və hərbi texnika qaçaqmalçılığı təşkil etməkdə ittiham edərək Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib. Ermənistan müxalifəti də onu dəstəkləyir. Xatırlayıram ki, bir neçə il öncə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsdən xilas etmək üçün həmin bu Samvel 4 milyon dollar girov qoymuşdu. Zamanında Ermənistana və "Artsaxa" ən böyük investisiya yatıranlardan biri olub. Beləliklə, Ermənistanın bütün telekommunikasiya, internet və enerji infrastrukturuna sahib olan, Azərbaycanın da axtarışa verdiyi Samvel Karapetyanın saxlanılması ciddi hadisədir. Ümid edirəm Azərbaycana ekstradisiya da olunar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31