AZ

Nazim Sadıxovdan rəqibinə: Dediklərinə görə döyüşdə cavab verməli olacaqsan

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Motta təhlükəlidir, amma mən ondan da təhlükəliyəm, o güclüdür, mən ondan da güclüyəm".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın MMA (qarışıq döyüş növləri) döyüşçüsü Nazim Sadıxov mətbuat konfransında deyib.

N.Sadıxov bildirib ki, Mottanın döyüşdən qabaq nə dediyi önəmli deyil:

"Sən dediklərinə görə döyüşdə cavab verməli olacaqsan".

"Fiziyev və Tofiq mənim soydaşlarım, mənim dostlarımdır. Mən onlarla nə vaxtsa döyüşmək haqda düşünmürəm. Mən indi ancaq iyunun 21-dəki döyüş barəsində fikirləşirəm", - deyə Nazim bildirib.

Qeyd edək ki, Nazim Sadıxov son döyüşünü 2024-cü il fevralın 16-da Las-Veqasda keçirib. O, braziliyalı İsmael Bonfimi texniki nokautla məğlub edərək UFC-də 10-cu qələbəsini qazanıb.

Təhməz Əsədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
oxu.az

1Mənbələr