Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyənin müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri Türkiyə- İran sərhədinə yollanıblar.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Yaşar Gülər və Türk Silahlı Qüvvələrinin komandanları İran sərhədində yerləşən hərbi hissələrdə yoxlama və nəzarət işləri aparmaq üçün Van vilayətinin Başkale rayonuna yollanıblar. Bildirilib ki, məqsəd həm təhlükəsizlik tədbirlərini yerində qiymətləndirmək, həm də sərhəddəki mümkün təhdidlərə qarşı hazırlıq vəziyyətini dəyərləndirməkdir.
Qeyd olunub ki, Van vilayətində yerləşən və İrana açılan Kapıköy sərhəd-keçid məntəqəsində gediş-gəliş davam edir. Rəsmi məlumatlara görə, burada qeyri-adi hal müşahidə olunmur və gündəlik keçidlər normal qaydada həyata keçirilir.
İranla 295 kilometrlik sərhədi olan Van bölgəsində gecə-gündüz müşahidə sistemi qurulub. Sərhəd boyu yerləşdirilmiş termal kameralar və təhlükəsizlik divarları vasitəsilə icazəsiz keçidlərin qarşısı alınır. Bölgədəki hərəkətlər 24 saat fasiləsiz izlənilir.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.