AZ

Məşhur müğənni axtarışa verildi

Rusiyalı müğənni Qriqori Lepsi axtarışa verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında yer alıb. 

 

Məlumata görə, Qriqori Leps hələ 2025-ci il martın 4-də axtarışa verilib. Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti müğənniyə qarşı xüsusi hərbi əməliyyata dəstək verdiyinə görə qiyabi ittiham irəli sürüb. Xüsusi xidmət, həmçinin xatırladıb ki, Rusiya şou-biznesinin ulduzu Rusiya hərbçilərinə düşmənin Silahlı Qüvvələrinin vurulmuş hər tankına görə bir milyon rubl ödəyəcəyini vəd edib.

Seçilən
19
6
sfera.az

10Mənbələr