Adı “Neftçi” ilə hallanan Takuto Oşimanın yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, yaponiyalı futbolçu Ermənistanın “Noah” klubuna keçib. İrəvan təmsilçisi “Universitatya” (Krayova) klubuna 350 000 avro təzminat ödəyib.
Xatırladaq ki, “Neftçi”nin bu oyunçu ilə danışıq apardığı, klubunun paytaxt təmsilçisindən 500 000 avro istədiyi xəbərləri vardı.