AZ

Belarus yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

Qadınlardan ibarət Belarus yığmasının Azərbaycan millisi ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Vladimir Şindikov iyunun 23-dən iyulun 2-dək davam edəcək hazırlığa 25 oyunçu dəvət edib. 

Qapıçılar: Natalya Boskoboviç (“Zenit”, Rusiya), Darya Vinoqrad (“Dinamo”, Brest), Mariya Svidunoviç (“Ryazan-VDV”, Rusiya);
Müdafiəçilər: Darya Manyukova, Darya Qorşkova (hər ikisi “Dinamo-BQUFK”), Kseniya Kubiçnaya, Vikroriya Kazakeviç (hər ikisi “Minsk”), Arina Sitnikova, Yuliya Slesarçik (hər ikisi “Lusso”, Gürcüstan), Anna Kozyupa (“Lokomotiv”, Rusiya);
Yarımmüdafiəçilər: Anastasiya Şlapakova, Anna Sas, Anastasiya Kovaleva (hamısı “Dinamo”, Rusiya), Alina Çerlenok (“Dinamo-BQUFK”), Anastasiya Maqer (“Zvezda-2005”, Rusiya), Anastasiya Şuppo (“Dyor”, Macarıstan), Valeriya Belaya (“Peç”, Macarıstan), Anastasiya Linnik (“Lokomotiv”, Rusiya), Nadejda Voskoboviç (“Krılya Sovetov”, Rusiya), Tatyana Krasnova (“Rostov”, Rusiya);
Hücumçular: Karina Olxovik (“Fənərbaxça”, Türkiyə), Yekaterina Dudko (“Rostov”, Rusiya), Anna Sinyavskaya (“Dinamo-BQUFK”), Viktoriya Vayuk (“Minsk”), Karolina Jutko (“Rubin”, Rusiya).

Qeyd edək ki, Belarus və Azərbaycan milliləri arasında ilk oyun iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci görüş isə iyulun 1-də Minskdəki “Traktor” stadionunda keçiriləcək. İİk oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İyulun 1-dəki qarşılaşma isə saat 17:00-a planlaşdırılıb. Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.

Seçilən
16
1
fanat.az

2Mənbələr