ain.az bildirir, Tribuna saytına əsaslanaraq.
İran-İsrail savaşı qızışdıqca yeni-yeni məsələlər ortaya çıxmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə daxildəki silahlı müxalifətin oyuna qoşulmaq üçün çağırışlar etməsidir.
Belə ki, dünən PKK-nın bir qolu olan Kürdüstan Azadlıq Partiyası bəyanat yayıb ki, onlar İrana qarşı silahlı döyüşlərə hazırdırlar. “Biz İsraildən müraciət etməsini gözləyirik. Bütün qüvvələrimiz İran rejiminə qarşı silahlı müqavimət göstərməyə hazırdır”.
Bunun ardından Fransada mənzillənən Xalq Mücahidlər Hərəkatı da analoji çağırışla çıxış edib. Onlar da İrandakı molla rejiminə qarşı mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər.
Bildirək ki, prosesə qoşulmaq istəyən diogər təşkilatra da var. Məsələn, kürdlərin KDPI, Komala və PJAK kimi silahlı və terrorçu təşkilatları İsrailə dəstək verməyə hazır olduqlarını bildiriblər. Onlar bəyan ediblər ki, SEPAH bazalarını ələ keçirmək və molla rejimini devirmək üçün addımlar ata bilərlər.
Fərda Uğur
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.