ABŞ Hərbi Dəniz Qüvvələri öz hərbi gəmilərini Bəhreyndəki bazadan çıxarıb.
Herbiand.az bildirir ki, bu barədə Associated Press agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, bazanın ərazisində bir dənə də olsun Amerika hərbi gəmisi qalmayıb. Eyni zamanda, gəmilərin dağıdılması təhlükənin artması halında donanmanın təhlükəsizliyini təmin etmək üçün ümumi tədbirdir.
İranın Mehr agentliyinin verdiyi məlumata görə, Tehran Böyük Britaniya, ABŞ və Fransanın hakimiyyət orqanlarını rəsmi şəkildə xəbərdar edib ki, əgər İrana qarşı əməliyyatlarda İsrailə yardım olunsa, onların Yaxın Şərq və Fars körfəzi ölkələrindəki hərbi obyektləri hədəfə çevriləcək.
Bəxtiyar CƏFƏRLİ