AZ

Avstraliya və Aİ müdafiə sahəsində yeni razılaşma imzalyır

BAKI, TurkicWorld

Avstraliya və Aİ müdafiə sahəsində əməkdaşlığa qərar verib.

TurkicWorld xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə keçirdiyi görüşdə Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sahəsində danışıqlara başlamağa razılaşdığını açıqlayıb.

Sözügedən görüş Kanadanın Alberta əyalətində keçirilən G7 Sammiti çərçivəsində baş tutub. Albanese sosial media hesabında bildirib ki, yeni tərəfdaşlıq müdafiə sənayesi, kibertəhlükəsizlik və terrorla mübarizə sahələrində əməkdaşlığı daha da gücləndirəcək.

Baş nazir həmçinin dondurulmuş Azad Ticarət Müqaviləsi (FTA) danışıqlarının davam etdiriləcəyini və bunun həm Avstraliya, həm də Aİ üçün yeni iş yerləri yaradacağını qeyd edib.

Qeyd edək ki, Albanese G7 Sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampın iqtisadi komandası ilə də görüşərək iki ölkə arasında tərəfdaşlığın inkişafı məsələsini müzakirə edib.

Seçilən
10
turkic.world

1Mənbələr