"Digital Home" mağazalar şəbəkəsi "OneX" markalı məişət əşyalarının ölkəyə idxalına başlayıb.
Marja xəbər verir ki, "Digital Home" mağazalar şəbəkəsi "OneX" markasının rəsmi təqdimatını da keçirib.
Tədbirdə "OneX" markasına məxsus kondisioner və televizorların təqdimatı da baş tutub. Qonaqlara "OneX" məhsulları haqqında ətraflı məlumat verilib.
"Digital Home" mağazalar şəbəkəsi Bakı ilə yanaşı Ağdaş, Şəki, Ucar, Sabirabad, Şirvan, Ağsu və İsmayıllı rayonlarında da fəaliyyət göstərir.
Mağaza bütün məhsullar üzrə topdan, pərakəndə və onlayın satış həyata keçirir.
Əlavə olaraq digitalhome.az saytı, İnstagram, Facebook, Whatsapp, Linkedin sosial şəbəkələri üzərindən də satış aparılır. Mağazalarda sərfəli nəğd qiymətlər ilə yanaşı taksit kartları və 30 aylıq hissəli ödəniş ilə də satış mövcuddur.
Əlavə edək ki, "Digital Home" mağazalar şəbəkəsi bütün məhsullara 30 ayadək faizsiz, komissiyasız və ilkin ödənişsiz kampaniyaya da başlayıb.