AZ

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

2025-ci ilin beş ayında ölkədə 10762,7 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,6% artım deməkdir. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 10 390,2 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,5% artım).

Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 8 693,4 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-aprel göstəricisindən 1% azdır.

2025-cü ilin iki ayında  Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat, ixracı 301,5 milyon kVt/saat, idxalı isə 19,5 milyon kVt/saat olub. 

Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat çoxdur. 
 
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb.

Aytac Zeynalova

Seçilən
10
anews.az

1Mənbələr