AZ

NYT: “Niyə Moskva İrana kömək etmədi?”

AzVision.az xəbər verir ki, bu kontekstə “The New York Times (NYT)” nəşri İranın Ukraynadakı müharibənin ilk aylarında “Şahed” kamikadze dronlarını tədarük etməklə və Rusiyada onların istehsalı üçün zavodun tikintisinə kömək göstərməklə Kremlə dəstək verməkdə əsas rol oynadığını xatırladır.

“Bu ilin əvvəlində iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Lakin cəmi beş ay sonra İranın İsraillə böyük müharibə təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Rusiya telefon danışıqları və qınama bəyanatları ilə məhdudlaşıb”,- qəzet yazır.

Hətta İranın nüvə və enerji obyektlərinə endirilən zərbələrdən və yüksək rütbəli hərbçilərin ölümündən sonra da Moskva hələ də konkret yardım təklif etməyib. Bu, Rusiyanın on il əvvəl Bəşər Əsəd adından açıq şəkildə müdaxilə etdiyi Suriyadakı hərəkətlərinə diametral şəkildə ziddir.

- Belə təmkinliliyə səbəb təkcə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi deyil, həm də siyasi hesablamalardır.Moskva ABŞ və İsraillə birbaşa toqquşmaya hazır deyil. Bundan əlavə, onun üçün İranın gücləndirilməsində maraqlı olmayan və Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edən regionun digər oyunçuları - BƏƏ və Səudiyyə Ərəbistanı ilə münasibətləri saxlamaq vacibdir”, - ekspertlər vurğulayırlar.

Analitiklərin fikrincə, əslində Tehranın nüvə silahı əldə etməsini istəməyən Moska, eyni zamanda münaqişənin gərginləşməsi nəticəsində neftin bahalaşmasından da faydalanır.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İran ərazisinə, o cümlədən hərbi zavodlarına, hava hücumundan müdafiə (HHM) sistemlərinə və nüvə obyektlərinə silsilə zərbələr endirib. Zərbə nəticəsində onlarla İran generalı, SEPAH-ın rəhbərliyi və yksək rütbəli zabitləri öldürülüb. İranın Ali dini lideri Ayətullah Əli Xameneyi bu hadisəyə sərt cavab vəd edib.

Rusiya zərbələri pisləyib və vasitəçilik etməyə hazır olduğunu bildirib. Lakin Avropa İttifaqı (Aİ) Rusiyanın beynəlxalq hüququ pozduğunu xatırladaraq buna qarşı çıxıb.

Bundan əvvəl “The Washington Post (WP)” nəşri Rusiya elitasının hazırkı eskalasiyanın Moskvanın Yaxın Şərqdəki əsas müttəfiqi Tehran üçün fəlakətə çevrilə biləcəyini anladığını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
11
2
azvision.az

3Mənbələr