AZ

İranda həbsxanada üsyan: 10 məhbus öldürüldü

İsrail aviasiyasının İranı bombalama səbəbindən həbsxanalarda duruim gərginləşib.

Tribunainfo.az xəbər verir ki, həyatlarının təhlükədə olduğunu görən məhbuslar İran qanunverciliyinin maddələrindən birinin tətbiqini tələb etməyə başlayıblar.

Belə ki, həmin qanuna əsasən müharibə şəraitində məhbusların təhlükəsizliyinin təmin edilməsi üçün onlar müvəqqəti evlərinə buraxılmalıdır. Elə dustqlar da müvəqqəti evlərinə buraxılmalarını, bunu “məzuniyyət” kimi qeyd edilməsini istəyirlər.

Tehranda yerləşən Evin zindanındakı məhbuslar artıq yazılı şəkildə hökumətə müraciət ediblər. Onlar “Təhlükəsizlik naminə azadlı” maddəsinin tətbiqi tələbini qoyublar.

Lakin Kirmanşahdakı həbsxanada baş verən hadisələr isə faciəyə çevrilib. Tribunainfo.az xəbər verir ki, şəhərdəki həbsxanada saxlanılan məhbuslar davamlı bombardman səbəbindən həyatlarının təhlküədə olduğunu bildiriblər. Bundan başqa, indiki ağır durumda ailələrinin yanında olmalarının şərt olduğunu qeyd ediblər. Lakin tərəflər arasında münaqişə yaranıb və nəticədə, həbsxana nəzarətçiləri silahdan istifadə etməli olublar.

İlkin məlumatlara görə, hadisə nəticəsində 10 məhbus öldürülüb. Yaralılar barədə isə məlumat verilmir.

Fərda Uğur

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr