AZ

Sabah üçün həyacan siqnalı: bu gün tezdi, sabah gecdir ...

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

RƏŞAD

Premyer Liqada çıxış edən klublar arasında ikisi hazırda baş məşqçisiz qalıb. Söhbət "Sumqayıt" və "Sabah"dan gedir. "Kimyaçılar" Vaqif Cavadovla hələ mövsüm başa çatmamış yolları ayırdısa, Vasili Berezutskinin "bayquşlar"la vidalaşması bir qədər gözlənilməz oldu. Rusiyalı mütəxəssis paytaxt təmsilçisinə tarixində ilk titul qazandırdığından, çoxları onun "Sabah"ın "süklanı arxasında" qalıb işini davam etdirəcəyini düşünürdü. Ancaq ehtimallar özünü doğrultmadı. Azərbaycan Kubokunu qazanan və Avropa Liqasına vəsiqə əldə edən komandanın çalışdırcısı postundan getməyi lazım bildi. "Sumqayıt"ın yeni baş məşqçi axtarışının uzanmasını hardasa başa düşmək olar. "Gənclik şəhəri"nin təmsilçisinin tələsən yeri yoxdu. Premyer Liqada yeni mövsümün startına iki aya yaxın vaxt qalıb. Ancaq "Sabah"ın bu işi bu qədər yubatması sonda acı fəsadını göstərə bilər. "Bayquşlar" artıq gələn ay Avropa Liqasında ilk oyununa çıxacaq. "Başsız atlı"nın hara üz tutacağı, nəyi necə edəcəyi isə bilinməz. Baş məşqçisiz komanda yelkənsiz gəmiyə bənzəyir. Dalğaların həmin gəmini hara aparacağına qabaqcadan söyləmək olmaz. Bu səbəbdən "bayquşlar" qısa zamanda yeni çalışdırıcı ilə bağlı qərar verməlidir.Paytaxt təmsilçisinin qitəmiqyaslı turnirdə artıq rəqibi də məlumdur. "Sabah" I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. O komandayla ki, ötən mövsüm UEFA Konfrans Liqasının 1/4 finalında oynayıb. Bu, artıq "bayquşlar"ın rəhbərliyi üçün ciddi siqnal olmalıdır. "Sele" iki dəfə (2019/2020, 2023/2024) ölkə çempionu (1991-ci ildən bəri) adını qazanıb. Həmçinin 2004/2005 və 2024/2025 mövsümündə Sloveniya Kubokunun sahibi olub.İspaniya millisinin sabiq futbolçusu, vaxtilə "Liverpul" və "Qalatasaray" kimi tanınmış klubların formasını geyinmiş Albert Rieranın başçılıq etdiyi "Sele" yuxarıda qeyd etditimiz kimi başa çatan mövsümdə Konfrans Liqasında 1/4 finala qədər gedib çıxıb. Sloveniya təmsilçisi bu mərhələdə İtaliya "Fiorentina"sına iki görüşün nəticəsinə (1:2, 2:2) görə uduzaraq mübarizəni dayandırıb. "Sele"nin avrokuboklarda bu mərhələyə qədər gəlməsi Sloveniya komandaları arasında indiyə qədər qazanılan ən böyük uğur kimi tarixə düşüb.Odur ki, "Sabah" rəhbərliyi "Sele"ni ciddiyə almalı, komandanın Sloveniya klubu qarşısına kimin rəhbərliyi altında çıxacağını ən qısa vaxtda müəyyənləşdirməlidir. Necə deyərlər "bu gün tezdi, sabah gecdir"...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
sport24.az

1Mənbələr