Tofiq Musayevin UFC Döyüş Gecəsindəki rəqibi Mıktıbek Orolbay Bakıda jurnalistlər önünə çıxıb.

Offsideplus.az xəbər verir ki, qırğız döyüş mətbuat konfransında Tofiqə qarşı döyüşün maraqlı keçəcəyini söyləyib:

"Son döyüş qanlı oldu, bəli. Bu döyüşə də hazıram. Bu dəfə də məndən sürpriz görəcəksiniz. Tofiq yaxşı, top döyüşçüdür. 2 aydır bu döyüşə hazırlaşıram, güləş, ayaq üstündə mübarizə mümkündür. İnşallah, şənbə günü maraqlı döyüş görəcəksiniz".

Yüngül çəkidə çıxış edən Orolbay UFC-dəki hədəfinin kəmər olduğunu qeyd edib: 

"Hədəfim var. Bu da UFC-də kəmər uğrunda döyüşməkdir. Bundan sonra digər məsələlər barədə düşünmək olar".