AZ

Brent markalı neftin bir barreli 74,63 dollara satılır

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 74,63 dollara satılır.
Sitat.info xəbər verir ki, ötən gün 75,75 dollara qədər bahalaşan Brent markalı neftin bir barelinin qiyməti günü 75,70 dollarla bağladı.

“Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:35-ə olan bağlanış qiyməti ilə müqayisədə 1,4 faiz azalaraq 74,63 dollar təşkil edib. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 72,67 dollardan alıcı tapıb.

Qlobal neft ehtiyatlarının böyük əksəriyyətinin yerləşdiyi Yaxın Şərqdə atəşkəs əldə etmək səyləri nəticəsində neftin qiyməti aşağı düşüb.

ABŞ-ın HƏMAS ilə məhbus mübadiləsi və Qəzza zolağında 60 günlük atəşkəs təklif etməsi ilə bağlı xəbər axını bazar oyunçularının tədarüklə bağlı narahatlıqlarını azaldıb və qiymətlərin enişini dəstəkləyib.

Nigar,

Sitat.info

Seçilən
9
sitat.info

1Mənbələr