AZ

SBSTA-nın sədri: Azərbaycanın zəngin təcrübəsi və uğurlu diplomatiyası SB62 gündəliyinin təsdiqlənməsində vəziyyəti müsbətə doğru dəyişdi

Bonn, 18 iyun, Pərvanə Qafarova, Elvin Mövsümov, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə Köməkçi Orqanının (SBSTA) sədri Adonia Ayebare Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyasının (SB62) gündəliyinin təsdiqlənməsi barədə razılığın ikigünlük gərgin müzakirələrdən sonra məhz COP29 rəhbərliyinin vasitəçiliyi ilə əldə olunmasına münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, A.Ayebare jurnalistlərə açıqlamasında bu məsələ barədə deyib: “Azərbaycan COP29 Sədrliyi çərçivəsində üzərinə düşəni etdi. Yardım üçün Köməkçi Orqanlar (SB) olaraq COP29 Sədrliyinə müraciət etdik. Onlar tərəfləri bir araya gətirdilər, bizim gördüyümüz işdə irəliləyişə nail oldular. Eyni zamanda, kompromisə getməyə hazır olduqlarına görə tərəflərə də təşəkkür etməliyik”.

Azərbaycanın zəngin təcrübəyə və uğurlu diplomatiyaya sahib olduğunu vurğulayan A.Ayebare bildirib: “Azərbaycan COP29-un Sədri kimi bu prosesin lideridir. Onlar bu prosesə qoşulanda, təbii ki, insanlar onların sədrliyinə hörmət edirlər. Üstəlik, onlar bundan əvvəl Bakıda da bu işi icra ediblər. Yəni, zəngin təcrübəyə və uğurlu diplomatiyaya malikdir. Məhz bu da hamımız üçün vəziyyəti müsbətə doğru dəyişdi”.

 

Seçilən
4
1
azertag.az

2Mənbələr