Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“AFB Bank”a 917 min manatlıq vergi zərbəsilə səyyar yoxlamanın nəticəsi açıqlanıb.
Maliyyə sektorunda fəaliyyət göstərən “AFB Bank” ASC-yə qarşı aparılan səyyar vergi yoxlaması nəticəsində ciddi vergi pozuntuları aşkarlanıb.
Tribunainfo.az 32gün.az-a istinadən xəbər verir ki, yoxlamaların nəticəsinə əsasən, bankın ümumilikdə 917 954,54 manat maliyyə öhdəliyi yaranıb. Bu məbləğin 571 963,53 manatı əlavə vergi, 345 991,01 manatı isə maliyyə sanksiyası təşkil edir.
“AFB Bank” ASC-nin hüquqi təmsilçisi Amid Qənbərov Mirzəyar oğlu göstərilib. Bankın qeydiyyatdan keçmiş nizamnamə kapitalı 70 milyon manatdan çoxdur (70 393 455 manat).
Qeyd edək ki, bu cür iri məbləğli maliyyə sanksiyaları maliyyə sektoruna olan ictimai etimad baxımından da diqqət çəkir.
Dəniz Pənahova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.