AZ

“Bavariya” “Barselona”nın futbolçusu ilə maraqlanır

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopez “Bavariya”nın maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı ispaniyalı kataloniyalılarda qalmaq istəyir.  Ancaq Lopez komandasında az forma şansı görür. Bu səbəbdən də tərəflər arasında transfer danışıqları davam etdirir. 

2024/25 mövsümündə Lopez 46 oyun keçirib. Onun aktivində 8 qol və 10 məhsuldar ötürmə var.
Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

“Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
8
idmanxeber.az

1Mənbələr