Nazim Sadıxov Bakıda keçiriləcək UFC Döyüş Gecəsindən öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı döyüşçü Vətəndə çıxış etməyinə münasibət bildirib:
"Azərbaycanda döyüşmək mənim üçün şərəfdir, Vətəndə döyüşmək istəmişəm. Bakıya qayıdıb, qəhrəman adlandırılmaq böyük bir hisslərdir. Azərbaycanda potensialı olanlardan Asəf Çopurov, Akif Quluzadə, Məhəmmədəli Osmanlı, Çingiz Allazovun adlarını çəkmək olar. Onların gələcəyi var".
Nazim rəqibi Nikolas Mottadan daha güclü olduğunu söyləyib: "Rəqibin təhlükəli olduğunu bilirəm. Hazırlıq planlarım barədə danışmaq istəmirəm. O təhlükəlidir, mən ondan daha təhlükəliyəm. O güclüdür, mən ondan daha güclüyəm".
Bakıda Rafael Fiziyev ilə çox vaxt keçirən Nazim nə söhbət etdiklərini də açıqlayıb:
"Biz bir-birimizlə zaraftlaşırıq. Qidalanma barədə danışırdıq. Bir birimizə pizza, burger şəkilləri göstəririk ki, döyüşdən sonra nə yeyəcəyik. Daha çox pendir videoları qabağıma çıxır. Bakıda olduğumuz bu müddətdə küçədə fanatlar ilə də görüşdük".