AZ

İsrail təkzib etdi: İran hava məkanımıza nəzarət etmir

İsrail Müdafiə Qüvvələri İranın İsrail hava məkanına nəzarəti ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib.

Herbiand.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Anna Ukolova bildirib.

O deyib ki, bu gün İranın öz hava məkanında heç bir üstünlüyü yoxdur: “Onda bizdə buna necə nail ola bilərlər? Son 6 gün ərzində İsrail Hərbi Hava Qüvvələri İranın hava məkanında sərbəst hərəkət edərək İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərinə zərbələr endirir və evə qayıdırlar”.

Anna Ukolova vurğulayıb ki, İran İnqilabı Keşikçiləri Korpusunun komandanlığı üçün hava məkanına nəzarət konsepsiyası sırf subyektivdir və onlar faktları yoxlamaq üçün özlərini əziyyətə salmırlar: “Hətta onların şəhərlərimizə atdığı raketlər və PUA-lar əksər hallarda bizim hava hücumundan müdafiə vasitələrimiz tərəfindən uğurla ələ keçirilir”.

Onun sözlərinə görə, əməliyyat boyu İran rejiminin arzuladığını reallığa çevirmək meyli müşahidə olunub: “Vətəndaşlarını sakitcə aldadan rejimin dünya ictimaiyyətini çaşdırmaq üçün saxta xəbərlər yayması təəccüblü deyil. Təbii ki, uğur qazanmaq sözlə daha asandır, nəinki fəaliyyətlə”.

Qeyd edək ki, IRNA agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən xəbər verib ki, İran Hərbi Hava Qüvvələri dünən gecə hücumu zamanı İsrail səmasında nəzarəti təmin edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
4
herbiand.az

1Mənbələr