AZ

Aliks Perinyon De Troy: “Azərbaycanın Dövlət Vergi Xidməti IOTA-ya çoxsaylı dəyərli töhfələr verib”

Bu gün Azərbaycanda hibrid formatda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası keçirilir. Assambleyanın əsas mövzusu "Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi idarəçiliyi”nə həsr olunub.

Tədbirlə bağlı açıqlama verən IOTA-nın icraçı katibi Aliks Perinyon De Troyun sözlərinə görə, bu mövzu hər bir vergi administrasiyası üçün zəruri çağırışlar yaradan məsələləri əhatə edir, habelə 43 üzv ölkə arasında yerli vergi administrasiyası, eləcə də bir çox beynəlxalq vergi administrasiyaları ilə bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaradır.

IOTA-nın icraçı katibi Bakıda keçirilən 29-cu Baş Assambleyanın sessiyalarına ev sahibliyi və 2024–2025-ci illər üçün IOTA-nın prezidenti vəzifəsini icra etdiyinə görə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə dərin təşəkkürünü bildiririb. "Azərbaycanın Dövlət Vergi Xidməti təşkilata çoxsaylı dəyərli töhfələr verib. 200-dən çox iştirakçını bir araya gətirən bu Baş Assambleya və tədbir çərçivəsində keçirilən sərgi böyük bir uğurdur. Bu tədbirə ev sahibliyi etdikləri üçün Azərbaycan komandasına bir daha təşəkkür edirəm və əminəm ki, Baş Assambleya həqiqətən də böyük uğurla nəticələnəcək", -Aliks Perinyon De Troy əlavə edib.

Seçilən
7
vergiler.az

1Mənbələr