Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Bütün bunlar nəinki münaqişənin eskalasiyasına, həm də regional və dünya sülhü üçün birbaşa təhlükəyə gətirib çıxaracaq, çünki zərbələr dinc atom və ya nüvə obyektlərinə yönəlib”, - Zaxarova “Sputnik” radiosunda qeyd edib. O vurğulayıb ki, İranın öz nüvə obyektlərinə sahib olmaq hüququ var və bundan sonra da olacaq və onlara hücumlar qlobal təhlükədir. Zaxarova onu da əlavə edib ki, bu münaqişədə nüvə təhlükəsi real əhəmiyyət kəsb edir. “Bu halda söhbət heç də hipotetik deyil, daha çox praktik xarakter daşıyan nüvə təhlükəsindən gedir”, - diplomat qeyd edib.