Çin Xalq Bankının (PBOC) qubernatoru Pan Qonqşeng yaxın illərdə dolların hökmranlığının azalacağını bildirib.

İndex.az xəbər verir ki, Panın proqnozuna görə, yaxın gələcəkdə dünyada daha rəqabətli məzənnə sistemi yaranacaq.

Dünya səviyyəsində vahid valyutadan asılılığın azaldılması ilə bağlı araşdırmaların aparıldığını bildirən Pan, son illərdə yuanın qlobal statusunun artdığını sözlərinə əlavə edib.

Panın fikrincə Donald Trampın ikinci prezidentliyi dövründə həyata keçirdiyi siyasətlər ABŞ valyutasına inamı azaldıb.

Bununla yanaşı, investorlar bu yaxınlarda dollar ehtiyatlarını azaltmağa başlayıb.

Həmçinin, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bu yaxınlarda potensial “qlobal avro zamanı”nı müzakirə edib.