AZ

İran bu xəbərə sevinəcək – Ağ Ev açıqladı 

  “İsrailin “Strela” raketdən müdafiə sistemləri tükənmək üzrədir. ABŞ bu çatışmazlıqdan aylardır xəbərdardır”.

Bu barədə “Vol Strit Jurnal” (VSJ) Ağ Ev rəsmisinə istinadən yazıb.

“İranla münaqişə tezliklə həll olunmazsa, yəhudi dövləti Tehranın uzaqmənzilli ballistik raketlərinə qarşı tab gətirə bilməyəcək”, – deyə nəşrin müəllifləri qeyd ediblər.

Bildirilib ki, Pentaqon eskalasiya başlayandan bəri iyun ayında İsrailə daha çox raketdən müdafiə sistemi göndərib.

“İndi ABŞ-ın da raket əleyhinə sistemlərinin tükənəcəyi ilə bağlı narahatlıq var”, – məqalədə vurğulanıb.//Globalinfo.az 

Seçilən
9
referans.az

1Mənbələr