AZ

İsrail Qəzzada kömək gözləyən insanları vurdu: Çoxlu ölü

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda aralarında kömək gözləyənlərin də olduğu 32 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.

AZXEEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Səhiyyə mənbələri və şahidlərin sözlərinə görə, İsrail qüvvələri Qəzza zolağında yaşayış məntəqələrini, eləcə də köçkün fələstinlilərin yerləşdiyi çadırları və mülki əhalinin toplaşdığı əraziləri hədəfə almaqda davam edir.

İsrail əsgərləri Qəzza şəhərinin cənubundakı Netzarim dəhlizi yaxınlığında kömək gözləyən dinc sakinlərə atəş açıb. Hücumda 11 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Zeytun məhəlləsində fələstinli bir ailəyə məxsus evin bombalanması nəticəsində biri uşaq olmaqla 3 fələstinli həlak olub, digərləri isə yaralanıb.

Qəzza zolağının mərkəzində yerləşən Meqazi Qaçqınlar Düşərgəsində evin bombalanması nəticəsində 10 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

Qəzza zolağının cənubundakı Xan Yunisin Mevasi bölgəsində İsrail ordusu iki çadırı hədəfə alıb. Partlayış nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər həlak olub.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 55 493 fələstinli ölüb, 129 320 nəfər yaralanıb.

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azxeber.com

1Mənbələr