AZ

Bu müəllimlər sual hazırlamaq üçün DİM ə dəvət olunur RƏSMİ

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müəllimlər tərəfindən ən çox müzakirə olunan məsələlərdən biri də Dövlət İmtahan Mərkəzinin (DİM) bazası üçün hazırlanma prosesində onların da iştirakı ilə bağlıdır.Modern.az xəbər verir ki, DİM sədri Məleykə Abbaszadə dövlət telekanalına müsahibəsi zamanı bu məsələyə də aydınlıq gətrib. O bildirib ki, proses konkret mərhələlərlə tənzimlənir və qurum tərəfində hansı tip sualların hazırlanmalı olduğu da öncədən bildirilir. M. Abbaszadə bu prosesdə iştirak edə biləcək şəxslər haqqında da danışıb: “Pedoqoji fəaliyyətlə məşğul olan hər bir kəs müvafiq elektron anketi doldurub, yazdığı sualları bizə göndərə bilər. Həmin suallar göndərildikdən sonra yoxlanılır. Bəzən kitablarımızdakı sualları bizə yenidən göndərən müəllimlər də olduğunu görürük. Biz ekspertizanı ciddi şəkildə keçiririk. Suallar banka daxil olursa, hər müəllim sual sayına görə qonorarını alır”. 

Qurumun rəhbəri onu da bildirib ki, bəzi müəllimlərə Dövlət İmtahanı Mərkəzi tərəfindən müraciət olunur:

“Müəyyən tip suallar var ki, belə sualları yazan çox azdır. Biz hər il hesabatımızda hansı orta məktəbdə, hansı fənnlər üzrə göstəricilər yüksəkdir orada qeyd edirik və bunu nəzərə alaraq müəllimlərə müraciət edir. Məsələn bir məktəbdə fizika fənni üzrə göstərici yüksəkdirsə, o müəllimi dəvət edirik və onlar kurslardan, müəyyən təlimlərdən keçəndən sonra həmin müəllimlərə individual sifarişlər də veririk”.“Bizimlə əməkdaşlıq etmək üçün heç bir mane yoxdur. Mənə bu yaxınlarda məktub gəlmişdi ki, sizə suallar göndərmək istəyirəm, amma kompüterdə işləyə bilmədiyim və vaxtım olmadığı üçün o sualların hamısını yığıb sizə göndərə bilmirəm. Biz hər nəticəni bir qayda olaraq elektron şəkildə qəbul edirik və bu proses daimi gedir”.

M.Abbaszadə onu da qeyd edib ki, hazırlanan suallar yaxın 2 ildə imtahlara salınmır. 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
modern.az

5Mənbələr