AZ

ABB kartlarından pulunuzu belə oğurlaya bilərlər – EHTİYATLI OLUN!

Güvənib pulumuzu qoyduğumuz “Azərbaycan Beynəlxalq Bankı” təhlükəsizliyinin necə olduğunu bilməyinizi istəyirəm. İyun ayının 12-dən 13-nə keçən gecə saat 02:50 radələrində mənim maaş kartımdan 5251 manat pul xarici saytlara köçürülüb. Və bu əməliyyat OTP-siz əməliyyat olub. Xatırladım ki, bu kart heç bir saytda və heç bir proqramda qeydiyyatdan keçməyib. Və pulun çıxdığı saytların (hapiness və khankyun saytları) heç birinə giriş olmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə pulu oğurlanan Əsgər Axundov yazıb. O bildirib ki, ona heç bir link göndərilməyib, heç naməlum zəng də olmayıb:

“Mənə heç bir link gəlmiyib ki, ona daxil olum və ya zəng gəlmiyib ki, kart məlumatları verim. Bunları ona görə qeyd edirəm ki, bu hallar son zamanlar çox müşahidə olunub. Ayın 13-ü kart bloklanıb ABB tərəfindən. Mənə dedilər ki, iş günü (ayın 17-si) gəl filiala və chargeback sorğusu yarat. Bu gün də filiala yaxınlaşmışam (Balakən rayonu ABB filialı) və filial əməkdaşı mərkəzlə əlaqə saxlayıb deyir ki, bəli, bu, OTP siz əməliyatdır, ancaq biz heç nə edə bilmərik, mastercard o sorğunu qəbul eləmir. Siz hüquq mühafizə orqanlarına müraciət edin.
Bu maaş kartı heç bir saytda qeydiyyatdan keçməyib və heç bir əməliyyat bu kartla icra olunmayıbv. Əgər kimsə telefona giriblərsə deyirsinizsə, o da deyil. Çünki telefonun iCloude-u yoxlanılıb və giriş aşkarlanmayıb”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Seçilən
5
2
tribunainfo.az

3Mənbələr