AZ

Natiq Abdullayev: "Vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsinlər"

"Son zamanlarda bank kartlarından kiber üsulla oğurluq hallarında artım müşahidə olunur ki, bu tip oğurluqlarda vətəndaşların ehtiyatsız davranması böyük rol oynayır"...

Poliqon xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib.

O bildirib ki, daim çağırış edilir ki, vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsinlər:

"Çünki bu cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Tövsiyə edilir ki, SMS, e-poçt və mesencerlərdəki şübhəli linklərə daxil olmasınlar. Bank kartının nömrəsi, PIN-kod, CVV kodu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmasınlar. Eyni zamanda, tanımadıqları şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatları ötürməsinlər".

Poliqon.info

 

Seçilən
8
poliqon.info

1Mənbələr