Ağ Evdə keçirilən iclasda İsrailə dəstək məqsədilə İrana zərbə endirmək barədə qərar qəbul edilməyib.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı adı açıqlanmayan rəsmilərə istinadən yazıb.
Mənbələrə görə, ABŞ prezidenti Donald Tramp bir neçə variantı nəzərdən keçirir. rəsmilər qeyd edib ki, xüsusilə,Tramp İranın nüvə potensialını inkişaf etdirə bilməyəcəyinə dair təminat əldə etmək istəyir.
Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyatlara başlayıb Buna cavab olaraq İran hərbçiləri İsrail ərazilərini atəşə tutmağa başlayıblar. İsrail hakimiyyəti ABŞ-ın müdaxiləsinə icazə verib. ABC mənbələri Vaşinqtonun 24-48 saat ərzində Tehrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bildirib.