İranın Rey şəhərində polis qüvvələri ilə bir qrup vətəndaş arasında toqquşma baş verib.
Tribunainfo.az xəbər verir ki, aksiyaya səbəb İsrailin hücumlarına qarşı Tehran rejiminin heç bir təsirli tədbir görməməsi göstərilib.
“Mehr” Agentliyinin məlumatına görə, etirazlar əsasən şəhərin baş meydanı, Xan Məhəmmədi və Fədayan İslam küçələrində qeydə alınıb. Polislə toqquşmadan sonra etirazçıların bir çoxunun avtomatik silahlardan istifadə etdiyi bildirilir. Polisin təkbaşına bu işin öhdəsindən gələ bilmədiyi üçün əraziyə hərbçilər cəlb olunub. Gecə saat 03:30-a kimi Rey şəhərində silahlı etirazçılarla hərbçilər arasında atşıma olduğunu deyilir.
İran tərəfi Reydə baş verən hadisələri İsrailin təxribatı kimi qiymətləndirib. Rəsmi qurumlar həmin şəxslərin MOSSAD agentləri olduğunu iddia edib.
Fərda Uğur