AZ

Paşinyan Abazyanın istefasını belə əsaslandırdı: “5 il işləyib, dincəlməlidir”

Xəbər verdiyimiz kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan ABŞ-ın İrana qarşı əməkdaşlığı ilə bağlı məlumat sızması qalmaqalı fonunda istefaya göndərilib.
Onun istefası, Ermənistan hakimiyyətinin ABŞ xüsusi xidmət orqanlarına İran istiqamətində həyata keçirilən tranzit aviauçuşlara dair məxfi məlumatları ötürdüyü, həmçinin ölkənin cənubunda ABŞ və İsrailin maraqlarına xidmət edən casusluq fəaliyyətində iştirak etdiyi haqda yayılan məlumatlarla eyni vaxta təsadüf edir. Bildirilir ki, bu əməliyyatlarda Avropa İttifaqının Ermənistandakı missiyası da iştirak edib.

Məlumat sızmasından sonra Ermənistan hökumətində gərginlik yaşandığı, Abazyanın da bu prosesə qarşı çıxdığı, buna görə də vəzifəsindən uzaqlaşdırıldığı ehtimal olunur.

Bəs Paşinyan Abazyanın istefasını necə əsaslandırıb?

Bizim.Media xəbər verir ki, baş nazir Nikol Paşinyan rəsmi açıqlamasında Abazyanın istefasını belə izah edib:

"Mən hesab edirəm ki, o istirahəti haqq edir, çünki beş il ərzində gərgin şəraitdə Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışıb."
 

Bu bəyanat daha çox formal və neytral ton daşısa da, analitiklərə görə, əsl səbəb məhz İranla bağlı casusluq iddiaları və ABŞ-la gizli əməkdaşlığın ifşa olunmasıdır.


Bu hadisə Ermənistanın daxili siyasi sistemində gərginliyi və xarici siyasətdə balans problemlərini ortaya çıxarır. ABŞ və Aİ ilə yaxınlaşmaq istəyən Paşinyan hökuməti, İranla münasibətlərin daha da pozulması riskini nəzərə almaq məcburiyyətindədir.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr