İstər kişilər, istərsə də qadınlar anlamalıdırlar ki, qadın da kişi kimi azad doğulur və azad yaşamalıdır...
Son dövrlər ölkədə qadın zorakılığı və qadın qətlləri adi hal alıb. Yəni elə bir gün yoxdur ki, mediada qadın zorakılığı və qətlləri ilə bağlı xəbərlərə rast gəlməyək. Bunun səbəbi qadının azad olmaması və kişidən asılı olmasıdır.
Əsrlərdir nənə-babalarımızdan gələn “ailə dəyərləri”, “evin böyüyü kişidir”, “kişi nə deyirsə onun sözü qanundur”, “qadın ərə gedirsə onun ər evindən yalnız meyidi gəlməlidir” kimi mental dəyərlər qadının ər evində təzyiq altında yaşamasına yol açıb. Ər evində əzab, şiddət görəndə “ailən üçün dözməlisən” kimi axmaq təfəkkürlər əsrlərdir kişinin ailədə cəmiyyətdə dominant mövqe tutmağına səbəb olub, qadını ailədə və cəmiyyətdə ikinci dərəcəli şəxs olaraq qalmasını təmin edib. Bu tək Azərbaycan cəmiyyətinə aid deyil, yuxarı-aşağı bütün cəmiyyətlərdə kişinin dominat rolu mübahisə olunmur. Ancaq bu dominatlıq hazırda müsəlman ölkələrində özünü daha çox göstərir. Misal üçün Əfqanıstanda Taliban hakimiyyəti formalaşdıqdan sonra qadınlara olan münasibət normal halda insana olan münasibətlə müqayisə belə oluna bilməz. Yəni Əfqanıstanda formalaşan qatı patriarxal cəmiyyət qadını insan kimi deyil, daha çox kölə, yəni kişiyə məxsus mal kimi göstərir.
Qadın dünyaya gözünü açan gündən qardaş, ata diqtəsi ilə oturub durmalı, şəxsi həyatı ümümiyyətlə olmamalı, geyiminə, addımlarına hər zaman nəzarət olmalıdır. Bu nəzarəti doğulduğu evdə qardaş, ata həyata keçirirsə, ailə qurduqdan sonra funksiya ərin müstəsna monopoliyasına çevrilir. Normalda hər bir kişi qadını özünün “qeyrət simvolu” kimi görür və bu simvol kişilərin özünütəsdiq alətinə çevrilir.
Məhz bu səbəbdən qadınlar ailə üzvləri, həyat yoldaşları tərəfindən şiddətə məruz qalır, döyülür, söyülür, hətta öldürülürlər. Azərbaycanda təkcə bu ay ərzində 6 qadın qətlə yetirilinb, 3 qadın isə bıçaq yarası alıb. Bunlar hələ mediada ictimailəşən rəqəmlərdir. Təssüf ki, qadın zorakılığı və qətlləri iıə bağlı dəqiq statistika aparan müstəqil mənbələr yoxdur və bütün halalrda ailə içində qadına qarşı zorakılıq gündəlik yaşam tərzinin bir hissəsi olaraq rəsmi statistikadan dəfələrlə çoxdur. Bir çox hallarda bu statistika ancaq qadına qarşı cinayət törədildikdə ictimaiyyətin diqqətini cəlb edir. Halbuki qadına qarşı zorakılıq insanların səhər, günorta və axşam yemək yeməsi kimi təkrarlanır.
Bu baxımdan istər kişilər, istərsə də qadınlar anlamalıdırlar ki, qadın da kişi kimi azad doğulur və azad yaşamalıdır. Kişi qadına diqtə edərək onun addımlarına nəzarət edə bilməz. Ya bu nəzarət qarşılıqlı olmalı, ya da heç olmamalıdır. Çünki istər qadın, istərsə də kişi ancaq bir dəfə öz həyatını yaşayır və bu bir dəfə yaşadığı həyatda qadının kişi üçün “qeyrət simvolu” olması qeyri-təbii anormallıqdır. Yəni kişi özünü təsdiq edə bilmək üçün başqa alət tapmalıdır.
Qadın qadın haqları aktivistlərinin vurğuladığı kimi “qardaş qeyrəti”, “ata namusu”, qaynana-qaynata, ər qulluqçusu deyil. O da hər kəslə eyni hüquqa sahibdir və qadının təbii hüquqları ona qaytarılmalıdır.
Vəziyyəti ağırlaşdıran məsələlərdən biri də mıhz qadınların bu “mental dəyərlərə” sahib çıxması, onları hər vasitə ilə qorumasıdır. Bu gün qadınların əksəriyyəti bu “mental dəyərləri” qorumağa çalışır və bu da qadının kölə olaraq qalmasını təmin edən səbəblərdən biridir.
Qadın atacağı addımlarla bağlı ailədə, cəmiyyətdə nəyinki hər hansısa bir kişiyə, ümumiyyətlə heç kəsə hesabat verməli deyil, eyni zamanda cəmiyyətin balansını qorumağı da bacarmalıdır. Qadın mühafizəkar cəmiyyətin normallaşdırdığı kimi mütləq şəkildə ailə qurmaq, uşaq dünyaya gətirmək vasitəsi deyil. Qadın hər şeydən əvvəl insandır və ona qadın olaraq baxmazdan əvvəl insan olaraq baxmaq lazımdır.
Qeyd etdiyimiz kimi, qadın cəmiyyətin balansını təmin edən, hətta cəmiyyətin inkişaf istiqamətini, təfəkkür və zehniyyətini formalaşdıran əsas faktordur və bu faktor kişilərin özünütəsdiq aləti olmamalıdır.
Kişilərin böyük əksəriyyəti qadını özündən daha yüksək vəzifədə görmək, qndan daha yüksək maaş almasını istəməz. Kişinin ən qorxduğu şey dominant mövqeyini itirməkdir. Kişi istəyir ki, qadın hər zaman ona tabe olsun. Bu sadacə tipik bir hakimiyyət hərisliyidir və bu hərislik insanları yönləndirən, siyasəti formalaşdıran əsas faktordur...
Bu gün qadınlarımızın çoxu ali təhsil almaq, öz karyerasını qurmaq, öz ayaqları üzərində dayanmaq, çalışmaq yerinə ailə qurub bir ömür evdar qadın olmağı seçir. Əslində bu könüllü köləlikdir.
Təssüfki bölgələrdə orta məktəbi belə bitirmədən 15-16 yaşlı qızların özlərindən 2 dəfə böyük 30-35 yaşlı kişilərlə evləndirilməsi adi hal alıb. Təbiiki orta məktəbi bitirməyən bir qadın cahil olur nə ailədə nə cəmiyyətdə öz hüquqlarını bilmir və bir ömür əzilməli olurlar. Qadınların erkən nigaha girmələri isə onları kişilərin qarşısında xidmətçidən başqa bir şeyə çevirmir və erkən nigaha girən qadın da bütün həyatı boyu özünə başqa rol tapa bilmir.
Adi bir misal çəkim, bu ilin əvvəlində televiziya verilişlərinin brirində erkən nigahla bağlı şikayətin ardınca rayona yollanan məşhur aparıcılardan biri və kanalın digər əməkdaşları oğlan evi və “bəy” tərəfindən hücuma məruz qalmış, kamerları sındırılmışdı. Bütün bunlar azmış kimi ailə arxayınlıqla aparıcıya bildirmişdi ki, nə istəyirsiz edin bu toy baş tutacaq.
Qızların uşaq yaşlarında zorla ərə verilməsi qadına qarşı zorakılığı təməlini təşkil edir və bu iyrənc ənənəyə qarşı qanunlar o dərəcədə sərtləşdirilməlidir ki, heç kim, valideyn belə qızları erkən nigaha sürükləyə bilməsin. Sərt qanunlar həmçinin qadının kişilər üçün “qeyrət simvolu” olmasını ortadan qaldıracaq gücdə olmalıdır... Bu zehniyyətin, ortadan qalxması isə qadının xidmətçi və əyləncə aləti olaraq alqılanmasına, həmçinin qadına qarşı zorakılığın ortadan qalxmasına səbəb olacaq...
Bu baxımdan dövlətin üzərinə düşən birbaşa vəzifə qadınları
Müəllif: İlkin Məmmədkərimov
Poliqon.info