Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Dövlət Departamenti ABŞ-nin Qüdsdəki səfirliyinin və Tel-Əvivdəki konsulluğun iş həftəsinin sonuna qədər bağlı qalacağını bəyan edib.
“AzPolitika” xəbər verir ki, ABŞ Dövlət Departamenti bunu təhlükəsizlik tədbirlərilə izah edib: "Təhlükəsizlik vəziyyətini nəzərə alaraq və İsrail Müdafiə Qüvvələri Komandanlığının göstərişlərinə uyğun olaraq, ABŞ-nin Qüdsdəki səfirliyi cümə gününə (20 iyun) qədər bağlı olacaq".
Bəyanatda deyilir ki, qərar Tel-Əvivdəki konsulluq xidmətinə də aiddir. ABŞ həmçinin, vətəndaşlarını İsrailə səfərlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, İsrailin əsas hava limanı olan Ben Qurion Beynəlxalq Hava Limanı hava zərbələri səbəbindən bağlanıb. ABŞ-nin İsraildəki səfiri Mayk Hukabi isə hələ iyunun 16-da səfirliyin İranın endirdiyi raket zərbələri nəticəsində cüzi xəsarət aldığını demişdi.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.