AZ

Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri: Qarşıdakı illərin daha da çətin olacağı görünür

Bakı, 18 iyun, AZƏRTAC

Milli insan hüquqları institutları adətən vətəndaş cəmiyyəti, dövlət və xarici təşkilatlar arasında körpü rolunu oynayaraq insan hüquqlarının effektiv implementasiyasında, hər kəsin səsinin eşidilməsində, habelə siyasətlərin beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunluğunun təmin edilməsində vacib rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözlər Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri Luiz Holkun Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda səsləndirilən videomüraciətində əksini tapıb.

L.Holk bildirib ki, bu simpoziumun adı bilavasitə olduqca aktual mövzuya həsr edilib.

"Biz hazırda hamımız insan hüquqlarının və qanunun aliliyinə qarşı təzyiqlərin artdığı bir vaxtda fəaliyyət göstəririk. Qarşıdan gələn illərin daha da çətin olacağı görünür və milli insan hüquqları institutları bu gün olduqca mühüm bir məkanda toplaşıblar.

Milli insan hüquqları institutları əsas insan hüquqları problemlərini müəyyən edir və onlara qarşı vaxtında effektiv cavab tədbirlərinin görülməsini, habelə uzunmüddətli dayanıqlı insan hüquqlarına əsaslanan həlli yollarının tapılmasını təmin və təşviq edir", - deyə videomüraciətdə səsləndirilib.

Seçilən
29
azertag.az

1Mənbələr