Bu gün "Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.
Publika.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alacaqlar. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "Zirə"nin mümkün rəqibləri arasında "Hayduk"(Xorvatiya), "Maribor"(Sloveniya), AEK(Yunanıstan), "DAK Dunayska Streda"(Slovakiya) və AEK (Kipr) - "Partizan"(Serbiya) cütünün qalibi var.
Avrokuboklarda debüt edəcək "Araz-Naxçıvan"ın mümkün rəqibləri isə "Başakşəhər" (Türkiyə), "Omoniya"(Kipr), "Aris"(Yunanıstan) və "Beytar"dır (İsrail).
Eyni zamanda Avopa Liqasının 1-ci təsnifat mərhləsində mübarizəyə başlayacaq "Sabah"ın da Konrans Liqasındakı potensial rəqibi müəyyənləşəcək. Belə ki, paytaxt klubu Avroliqada "Selye" (Slovenya) səddini aşa bilməsə, yoluna Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən davam edəcək.