AZ

İsrailin zərbələrindən sonra nüvə obyektləri dağılmayıb?

İsrailin zərbələri fonunda İranın nüvə obyektlərində vəziyyət yaxşıdır. SNN xəbər verir ki, bunu ölkənin vitse-prezidenti, İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami deyib.


Jurnalistlərin obyektlərdəki vəziyyətlə bağlı suallarını cavablandıran siyasətçi qısa şəkildə belə cavab verib: "Yaxşıdır".

İyunun 18-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri (ÇAXAL) bildirib ki, son saatlar ərzində 50-dən çox İsrail qırıcısı Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
5
news365.az

1Mənbələr