AZ

Tətil gözəldir, amma dərinizə diqqət edin

Yay tətili günəş, dəniz və istirahət deməkdir. Lakin diqqətsiz davranıldıqda bu istirahət dəriniz üçün ciddi təhlükələr yarada bilər.

 

Pravda.az bildirir ki, mütəxəssislər günəş, duzlu su və hovuz kimyəvi maddələri dəridə erkən qocalma, ləkə, ekzema, göbələk və digər infeksiyalara səbəb ola biləcəyini bildirirlər.

 

Dəniz və hovuzun görünməyən zərərləri:

 

Dəniz suyu ödəm və selülitə qarşı faydalı olsa da, təmiz olmayan suda ishal və dəri xəstəlikləri riski yüksəkdir. Hovuz suyu isə xlor tərkibli maddələr səbəbilə eqzema və göbələk infeksiyalarını artıra bilər.

 

Qum da təhlükəli ola bilər:

 

Qumun piling effekti olsa da, isti qumda yalın ayaq gəzmək göbələk və infeksiyalara səbəb ola bilər. Xüsusilə dəri bütövlüyü pozulmuş bölgələrdə bu risk daha yüksəkdir.

 

Dəriyə necə qulluq etməli?

 

– Günorta saatlarında (11:00–15:00) günəşdən uzaq durun

– Dəri tipinizə uyğun qoruyucu krem istifadə edin və hər 3 saatdan bir yeniləyin

– Geniş kənarlı papaq və qoruyucu geyimlər geyinin

– İslaq bikinini vaxtında dəyişin

– Dəniz və hovuzdan sonra mütləq duş qəbul edin

– Açıq yaraları bağlayaraq infeksiyalardan qorunun

 

Düzgün üsullarla tətildə həm istirahət edər, həm də dərinizin sağlamlığını qoruya bilərsiniz.

 

Əminə Bayramova

Tarix: 18 İyun 2025, 12:27   
Seçilən
4
1
pravda.az

2Mənbələr