Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ rəsmisinə istinadən yazıb. Məqalədə deyilir: “İsrailin “Strela” raket əleyhinə sistemləri tükənmək üzrədir”. Adının çəkilməsini istəməyən ABŞ rəsmisi nəşrə bildirib ki, Vaşinqton İsrailin raketdən müdafiə sistemləri ilə bağlı problemlərdən aylardır xəbərdardır. Qeyd olunur ki, iyun ayında İranla münaqişə qızışmağa başlayandan Pentaqon İsrailə daha çox raketdən müdafiə sistemi göndərməyə başlayıb, lakin indi ABŞ-nin da raketdən müdafiə sistemlərinin tükənəcəyi ilə bağlı narahatlıq var. Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman İranın İsrailə 400 raket atdığını bildirmişdi. Onun sözlərinə görə, hücumlar zamanı 800-dən çox insan yaralanıb.