AZ

İtaliyanın baş nazir: “Məqsədimiz İranın nüvə dövlətinə çevrilməsinə mane olacaq danışıqlara nail olmaqdır”

İtaliyanın baş naziri Meloni deyib ki, G7 ölkələri olaraq nüvə silahı ilə təchiz edilmiş İran ola bilməz və üzərində çalışdıqları məqsəd İranın nüvə gücünə çevrilməsinə mane olacaq danışıqlara nail olmaqdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Baş nazir Meloni Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini və orada sülh və sabitliyin tərəfdarı olduqlarını bildirib.

"Bölgədəki qeyri-sabitliyin əsas mənbəyinin İran olduğunu bilirik. Biz hamımız razıyıq ki, nüvə silahı ilə təchiz edilmiş İran ola bilməz. İsrailin özünü müdafiə etmək hüququ olduğunu qəbul edirik. Hamımızın üzərində çalışdığımız məqsəd İranın nüvə silahı əldə etməsinə mane olacaq danışıqlara nail olmaqdır",- deyə o qeyd edib.

Seçilən
4
1
operativmm.az

2Mənbələr