Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Super Liqa klublarından "Qalatasaray" "Mançester Siti"nin portuqaliyalı ulduzu Bernardo Silvanın transferi ilə bağlı İngiltərə təmsilçisi ilə danışıqlar aparmışdı.
Apasport.az xəbər verir ki, Bernardo Silva artıq gələcəyi ilə bağlı qərar verib.
"Daily Mail" nəşrinin məlumatına görə, Bernardo önümüzdəki mövsüm şəhərlilərin əsas kapitanı olacaq. Kevin De Bruynenin "Napoli"yə keçidindən sonra kapitanlıq sarğısını qoluna taxan Silva 2025-2026 mövsümünü "Mançester Siti"də keçirəcəyini açıqlayıb.
Xatırladaq ki, Bernardo Silvanın transferində daha bir Türkiyə təmsilçisi olan "Fənərbaxça" da maraqlı idi.
"Borussiya"nın oyunçusu "Çelsi"nin əsas hədəfi olaraq qalır
Xabi Alonso: "Modriç əfsanəvi oyunçudur"
"Fənərbaxça"nın gündəmində olan futbolçu Ronaldonun komanda yoldaşı ola bilər
“Sabah”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib
“Atletiko”nun alternativ planı